idman

"Milan" Belottini razı salıb

  • 16 Jul 2017
  • 247 baxış

İtaliya futbolunun gənc ulduzu Andrea Belotti karyerasını "Milan"da davam etdirə bilər.

XalqTV.com goal.az-a istinadən xəbər verir ki, "rossoneri" transferlə bağlı onu artıq razı salıb. İndi "Torino"nun cavabı gözlənilir. "Milan" Turin klubuna Belotti üçün 40 milyon avro, Qabriel Paletta və Mbaye Nianqı təklif edir. "Torino" isə 80 milyon avro tələb edir. "Torino"nun yeni mövsüm formasının təqdimat posterlərində Belotti yoxdur. Bu isə onun klubunu dəyişmək ehtimalı olduğuna işarədir. "Rossoneri" bu yay transfer bazarında ən çox fəallıq göstərən klublardan biridir.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR