idman
"Onlara arxayınam"
"İnter"in baş məşqçisi Luçano Spaletti klubun transfer siyasəti barədə danışıb. XalqTV.com goal.az-a istinadən xəbər verir ki, italiyalı mütəxəsis bunları deyib:
"Rəhbərlik heyətin möhkəmləndirilməsi ilə bağlı söz verib. Onlara arxayınam. Bu məsələ ətrafında söhbətimiz olmuşdu. Kimsə söz veribsə, onu yerinə yetirməlidir. Yeni transferlərin olacağına əminəm. Heyətə cəlb ediləcək 2, 3 və 4 futbolçu məşhur çempion olmasa da olar. Onlar sadəcə boş yerləri dolduracaq. Bizim komandamız öz potensialını hələ göstərməyib. Yeni futbolçular "İnter"i "ilk dördlüy"ə düşməkdə dünya ulduzlarına möhtac etməyə bilər".
XalqTV.com
RƏYLƏR