idman

İngiltərə Avropa çempionu oldu

  • 16 Jul 2017
  • 247 baxış

Gürcüstanda 19 yaşadək futbolçular arasında Avropa çempionatı başa çatıb.

XalqTV.com goal.az-a istinadən xəbər verir ki, turnirin finalında İngiltərə və Portuqaliya üz-üzə gəlib. Rəqibi üzərində 2:1 hesablı qələbə qazanan İngiltərənin U-19 yığması qitənin ən güclüsü olub. Bu, ingilislərin aşağı yaş qrupunda son 2 aylarda 2-ci uğurudur. İyunun 11-də onların U-20 yığması Cənubi Koreyada dünya çempionu olmuşdu.

U-19 Avropa çempionatı, final

15 iyul

Portuqaliya - İngiltərə - 1:2

Sterlinq avt. 56 - Sliman 50, Nmeça 68

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR