idman

Semedonun "Barselona" transferinin maliyyə şərtləri açıqlanıb

  • 16 Jul 2017
  • 239 baxış

"Benfika" Nelson Semedonun "Barselona" transferinin maliyyə tərəflərini açıqlayıb.

XalqTV.com goal.az-a istinadən xəbər verir ki, 23 yaşlı müdafiəçi katalon klubuna 30.5 milyon avroya başa gəlib. Semedonun hər 50 rəsmi oyununa görə "Benfika" əlavə 5 milyon avro qazanacaq. Bu, bənd futbolçunun "Barselona"da çıxış etdiyi müddətə aiddir. Beləliklə, bonusların maksimum həcmi 10 milyon avro təşkil edə bilər.

Semedo Portuqaliya millisinin də üzvüdür. "Barselona" iyulun 13-də onun transferini elan etmişdi.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR