idman
"Verrattini transfer etmək üçün..."
"Barselona"nın idman direktoru Roberto Fernandes italiyalı yarımmüdafiəçi Marko Verrattinin transfer məsələsinə münasibət bildirib. XalqTV.com goal.az-a istinadən xəbər verir ki, klub rəsmisi danışıqlarda irəliləyiş olmadığını qeyd edib.
"Verrattinin PSG ilə müqaviləsi var. Deyiləsi başqa söz yoxdur, vəziyyət ortadadır. Bir neçə il müqaviləsi qalan futbolçunu transfer etmək üçün, ilk növbədə, onun klubunu razı salmaq lazımdır. Bizsə PSG ilə razılığa gələ bilməmişik".
PSG rəhbərliyi katalonların Verrattini transfer etməyə çalışmaqla boş yerə vaxt itirdiyini diqqətə çatdırmışdı.
XalqTV.com
RƏYLƏR