idman

"Qarabağ"ın səfər matçı canlı yayımlanacaq

  • 15 Jul 2017
  • 204 baxış

Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab matçları çərçivəsində "Qarabağ" Gürcüstan çempionu "Samtredia"nın qonağı olacaq.

XalqTV.com  apasport.az-a istinadən xəbər verir ki, azarkeşlər qarşılaşmanı izləyə biləcəklər.
 
Belə ki, iyulun 18-də Boris Payçadze adına stadionunda keçiriləcək görüş "İdman Azərbaycan" telekanalı vasitəsi ilə canlı yayımlanacaq. Oyun Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.
 
Qeyd edək ki, "Qarabağ" ilk matçda Bakıda "Samtredia"nı 5:0 hesabı ilə məğlub edib.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR