idman

Muquruza Uimbldon turnirində qalib gəldi

  • 15 Jul 2017
  • 226 baxış

Final qarşılaşmasında amerikalı Vinus Uilyamsa qalib gələn 23 yaşlı ispaniyalı tennisçi Qabrinye Muquruza karyerasında ilk dəfə "Böyük Dəbilqə" seriyasından olan Uimbldon turnirini (mükafat fondu 31,5 milyon dollardır) qələbə ilə başa vurub.

XalqTV.com  AZƏRTAC-a istinadən bildirir ki, matçın ilk seti gərgin keçib. Hesab 5:5 olarkən ispan tennisçi daha inamla oynayaraq seti 7:5 başa vurub. İkinci setdə isə o, 37 yaşlı rəqibini, necə deyərlər, darmadağın edib - 6:0.

Xatırladaq ki, Vinus Uilyams "Böyük dəbilqə" seriyasının yeddiqat, o cümədən Uimbldonun beşqat qalibidir.

Uimbldon turnirində kişilərin finalı isə sabah keçiriləcək. "Böyük dəbilqə" seriyasının 17-qat çempionu olan İsveçrə tennisçisi Rocer Federer xorvatiyalı Marin Çiliclə qarşılaşacaq.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR