idman

İngiltərədə Jiru, Azərbaycanda Yunanov

  • 11 May 2017
  • 239 baxış

İngiltərə Premyer Liqasının təxirə salınan "Southempton" - "Arsenal" qarşılaşması rekordla əlamətdar olub.

XalqTV.com apasport.az-a istinadən xəbər verir ki, qonaqların 2:0 hesablı qələbə qazandığı matçın 83-cü dəqiqəsində fərqlənən Olivye Jiru meydana daxil olduqdan 3 dəqiqə sonra fərqlənib.

Bu, fransalının 6-cı belə qolu olub. Jiru əvəzlənmə ilə meydana girib, ən çox qola imza atan futbolçudu.
 
Azərbaycan Premyer Liqasının başa çatan 2016/17 mövsümünün 28 turunda keçirilən 112 qarşılaşmada 20 belə qol qeydə alınıb. Yalnız "Sumqayıt"ın oyunçusu Amil Yunanov 1-dən artıq belə qola sevinib. O, iki görüşdə sonradan meydana daxil olaraq rəqib qapısına yol tapıb. Amil IX turun "Qəbələ" ilə ev (2:2) XIII turun AZAL-la səfər (1:1) oyunlarında penaltidən fərqlənməyi bacarıb.
 
Klublar arasında rekord "Qəbələ"yə məxsusdur. Əyalət klubu 4 belə qola sevinib. AZAL, "Neftçi", "Qarabağ" və "Sumqayıt"ın hərəyə 3, "Zirə" 2, "İnter"lə "Kəpəz"in 1 qolu var.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR