Siyasət

Baş nazirin müavini: "Türkiyə FETÖ ilə mübarizədə Azərbaycanın dəstəyini yüksək qiymətləndirir"

  • 15 Jul 2017
  • 229 baxış

Türkiyə FETÖ ilə mübarizədə Azərbaycanın dəstəyini yüksək qiymətləndirir.

XalqTV.com bildirir ki, bunu  Trend-ə eksklüziv olaraq, Türkiyənin Baş nazirinin müavini Nurəddin Canikli deyib.

O bildirib ki, dövlət çevrilişinə cəhddən sonra bir çox ölkələr FETÖ terror təşkilatının regional və qlobal təhlükəsini anladılar.

O eyni zamanda, qeyd edib ki, son dövrlərdə bir sıra ölkələrdə dərk etməyə başladılar ki, Gülən hərəkatı o ölkələrdə də daxili sabitliyə və əmin-amanlığa təhlükədir:

"Bunu nəzərə alaraq, FETÖ ilə mübarizə təkcə Türkiyə tərəfindən deyil, birgə aparılmalıdır. Bizə dost, qardaş ölkə olan Azərbaycan bu reallıqları anlayır. Biz Azərbaycan dövlətinə və xalqına FETÖ ilə mübarizədə göstərdiyi dəstəyə görə mionnətdarıq".

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR