İqtisadiyyat

Dünyanın bir sıra dövlətlərində benzinin qiyməti artdı - SİYAHI

  • 15 Jul 2017
  • 288 baxış

Dünyanın bir sıra dövlətlərində benzin və digər enerji daşıyıcılarının qiymətində artımlar baş verir.

XalqTV.com Trend-ə istinadən xəbər verir ki, son 12 ayda Kolorado ştatının paytaxtında enerji daşıyıcıların qiyməti 11, 9 faiz, benzinin qiyməti isə 16 faiz artıb.

Havayda isə il ərzində enerji daşıyıcıların qiyməti 15, 4 faiz artıb, qazın qiymətində isə artım 16 faiz təşkil edib.

Bu həftə Amerikanın Corciya ştatında da benzinin qiymətində artım müşahidə edilib. Belə ki, 1 litr benzinin qiyməti 2,08 dollardan 2,12 dollara qədər artıb.

Benzinin qiymətində artım qonşu ölkədən də yan keçməyib. Belə ki, Rusiyada bu həftə benzinin qiymətində 0,1 faiz artım olub.

Qeyd edək ki, ötən həftə Filippində də benzin, kerosin və dizelin qiymətlərində artım müşahidə edilib. Eləcə də yanacağın qiyməti Nigeriyada da artıb.

Ötən ayın sonunda isə Misirdə yanacağın qiyməti 50 faiz artıb.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR