Nazarovla müqaviləsinin müddətini vaxtından əvvəl uzatdılar
Azərbaycan milli komandasının futbolçusu Dmitri Nazarov formasını geyindiyi Almaniyanın "Aue" klubu ilə müqaviləsinin müddətini vaxtından əvvəl uzadıb.
XalqTV.com report-a istinadən xəbər verir ki, 27 yaşlı hücumçunun yeni anlaşması 30 iyun 2021-ci ilə qədər nəzərdə tutulub. Mövcud sövdələşmə isə 2018-ci ilin yayınadək idi.
Rəsmi müqaviləyə qol çəkən Nazarov təəssüratlarını bölüşüb: "Çox yaxşı müzakirələr getdi və tezliklə ortaq məxrəcə gəldik. Bu, daha çox "Aue"də qalmaq istəyimlə bağlı idi".
Qeyd edək ki, Dmitri Nazarov ötən mövsüm "Ertsebirge Aue"nin heyətində 9 qol vurub və 5 məhsuldar ötürmə verib. O, 2016-cı ilin yayından bu komandada çıxış edir. Yığma üzvü hazırda barmağından zədəli olduğu üçün məşqlərdən kənar qalıb. Nazarov 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsində yeganə qolunu martın 26-da Bakıda Almaniyanın qapısından keçirib - 1:3.
XalqTV.com
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində