idman
Qurban Qurbanov: "Bizi nə "Şerif", nə də "Kukesi" maraqlandırır"
"Hazırda bizi nə "Şerif, nə də "Kukesi" maraqlandırır".
XalqTV.com Trend-ə istinadən xəbər verir ki, bunu "Qarabağ" futbol klubunun baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının III təsnifat mərhələsinin püşkünü şərh edərkən deyib.
Qeyd edək ki, "Qarabağ" II mərhələdəki rəqibi "Samtredia"nı məğlub edəcəyi təqdirdə, növbəti mərhələdə "Şerif" (Moldova) - "Kukesi" (Albaniya) cütünün qalibi ilə qarşılaşacaq.
Komandanın baş məşqçisi püşklə bağlı fikirlərini bildirib: "Hazırda bizi nə "Şerif, nə də "Kukesi" maraqlandırır. İyulun 18-i baş tutacaq "Samtredia" ilə cavab oyununa hazırlaşırıq. Bütün fikrimizi bu qarşılaşmaya yönəltmişik".
XalqTV.com
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində
RƏYLƏR