idman
"Real Madrid" transfer mövqeyini dəyişdi
Son La Liga və Çempionlar Liqası çempionu "Real Madrid" Dani Sebalyosu transfer edib.
XalqTV.com bildirir ki, Madrid klubu bu transfer üçün "Real Betis"ə 16.5 milyon avro ödəyəcək. 6 illik müqavilə imzalayan 20 yaşlı oyunçu bir çoxları tərəfindən Luka Modriçin davamçısı kimi tanınır. Sebalyos son U-21 Avropa Çempionatında ən yaxşı oyunçu seçilib.
Madrid klubu daha öncə də "Atletiko Madrid"in 19 yaşındakı fransız sol cinah müdafiəçisi Teo Hernandezi öz heyətinə qatıb.
Qeyd edək ki, transfer mövqeyini dəyişən "Real Madrid" ulduzları yox, gələcəyin ulduzları ola biləcək oyunçuları öz heyətinə qatmağa başlayıb
Kamil Abbas
XalqTV.com
Digər maraqlı xəbərlər səhifəsində
RƏYLƏR