İqtisadiyyat

AYİB Azərbaycana kredit verəcək

  • 14 Jul 2017
  • 249 baxış

Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Direktorlar Şurası bu il noyabr ayının 1-də "Təmiz şəhər" ASC-yə kredit verilməsini təsdiq etməyi planlaşdırır.

XalqTV.com xəbər verir ki, bu barədə Trend banka istinadən məlumat verir.

Hazırda bank layihənin konsepsiyasını nəzərdən keçirir.

Məlumatda qeyd olunur ki, 39 milyon həcmində kredit Bakıda və Abşeron yarımadasında bərk məişət tullantılarının idarə olunmasının maliyyələşdirilməsi üçün ayrılacaq.

AYİB texniki yardımla birgə layihəyə ümumilikdə 40,3 milyon dollar ayıracaq.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR