idman

"Barselona" Bellerini yox, bu oyunçunu seçdi

  • 14 Jul 2017
  • 245 baxış

"Barselona" Nelson Samedonun transferi barəsində klubu "Benfika" ilə razılığa gəldiyi barəsində məlumat yayıb.

Müayinədən keçən Samedo 5 illik müqaviləyə imza atacaq.

XalqTV.com bildirir ki, İspaniya mətbuatı "Benfika"ya 30 milyon avro + 5 milyon avro bonus ödənəcəyi barədə məlumat yayıb.

"Benfika"nın yetirməsi olan 24 yaşlı oyunçu Portuqaliya klubu ilə 2 mövsümə 63 oyuna çıxıb. Nelzinyo ləqəbli oyunçu rəsmi oyunlarda biri Portuqaliya liqasında, digəri Çempionlar Liqasında olmaqla  2 qol vura bilib.

Daha öncə müdafiənin sağ cinahı üçün Bellerini düşünən katalonlar onu klub heyətində olacaq qədər keyfiyyətli oyunçu saymadıqları üçün bu transferdən üz döndərmişdilər.

Kamil Abbas

XalqTV.com

Digər maraqlı xəbərlər  səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR