Siyasət

"Terrorçuluqla mübarizədə Azərbaycan da bizə dəstək olub"

  • 14 Jul 2017
  • 233 baxış

"İraq ərazisində demək olar ki, İŞİD terrorçuları qalmayıb".

XalqTV.com APA-ya istinadən xəbər verir ki, bunu İraqın Azərbaycandakı müvəqqəti işlər vəkili Fədhil Avad Cebur əl-Şuvayli Mosulun İŞİD qruplaşmasından azad olunması ilə əlaqədar keçirdiyi mətbuat konfransında deyib. 
 
Bütün dünya dövlətlərinin "qara terror"a qarşı mübarizə apardığını deyən diplomat İŞİD tərkibində 100-dən çox ölkə nümayəndəsinin döyüşdüyünü söyləyib: "Bu, torpaqların azad olunmasından əvvəl insanlığın azad edilməsi idi. İŞİD insanlığı alçaltmağa çalışıb. Bir çox dövlətlər bizə kömək edib. Bu təkcə bizim yox, bizə kömək edənlərin qələbəsidir. Azərbaycan da terrorçuluqla mübarizədə bizə dəstək olub".
 
Diplomat İraq hökuməti qarşısında duran prioritet məsələlər arasında Mosulun bərpa edilməsi və qaçqınların şəhərə qayıtması kimi məsələlərin olduğunu vurğulayıb. Diplomat ölkədə terrorçuluqla mübarizə aparan qüvvələrin birləşdiyini söyləyib.
"Onlar yezidi qadınlar və qocaları yandırıblar, 2 milyona yaxın insan Mosuldan qaçqın düşüb. İraq ordusu xaricdən gələn terrorçuları ölkədən qovub. Yunus peyğəmbərin qəbri, məscidlər dağıdılıb. Dost dövlətlər bizə yardım edəcək. Bir çox dövlətlər bizə yardım olub, o cümlədən Azərbaycan". 

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR