idman
Qvardiola Alvesi satqın sayır
"Mançester Siti"nin rəhbərliyi Dani Alvesin PSJ-yə keçməsindən narazı qalıb.
XalqTV.com qol.az-a istinadən xəbər verir ki, braziliyalı futbolçu əvvəlcə ingilis klubuna keçməyə razılıq verib. Amma o, sonradan sözündən dönüb. Buna PSJ-nın 34 yaşlı müdafiəçiyə 2 dəfə artıq maaş təklif etməsi səbəb olub.
Dani Alvesin PSJ ilə 2 illik müqavilə imzaladığı dünən rəsmən açıqlanıb.
Qəzet yazıb ki, "Siti"nin baş məşqçisi Xosep Qvardiola vı klubun idman direktoru Çiki Beqiristayn Alvesin bu hərəkətini xəyanət kimi qiymətləndirib.
Qeyd edək ki, hər üç şəxs bir vaxtlar "Barselona"da birgə fəaliyyət göstəriblər.
XalqTV.com
Digər maraqlı xəbərlər səhifəsində
RƏYLƏR