İqtisadiyyat

İtaliya İranda dəmir yolu tikəcək

  • 13 Jul 2017
  • 258 baxış

İran və İtaliyanın dövlət dəmir yol şirkətləri əməkdaşlıq haqqında qarşılıqlı anlaşma memorandumu imzalayıb.

XalqTV.com  Trend-ə istinadən bildirir ki, sənəddə qeyd olunan əsas bəndlərdən biri İranda yüksək sürətli dəmir yolunun tikintisidir.

Memoranduma əsasən, İtaliya tərəfi İranda ilk mərhələdə 135 kilometr uzunluğunda Arak və Qum şəhərləri arasında yüksək sürətli dəmir yolu tikəcək.

Bundan başqa, tikinti layihəsinin ikinci mərhələsində Tehran və Həmədan şəhərləri arasında 320 kilometrlik dəmir yolunun tikintisi nəzərdə tutulur.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR