idman

Olimpiya çempionu: "Özümü Bakıda evdəki kimi hiss edirəm"

  • 11 May 2017
  • 214 baxış

"Mənə Bakıda keçirilən İslam Həmrəyliyi Oyunlarında iştirak etmək çox maraqlıdır".

XalqTV.com bildirir ki, bunu Trend-ə Olimpiya çempionu, Özbəkistan gimnastı Oksana Çusovitina deyib.

O, Bakını çox sevdiyini, özünü burada evdəki kimi hiss etdiyini deyib.

O.Çusovitinanın sözlərinə görə, o yarışlarda bir növdə iştirak edəcək: "Mən ancaq dayaqla tullanma hərəkətlərini yerinə yetirəcəyəm. Sərbəst hərəkətlərdə iştirak edib-etməyəcəyimi bilmirəm. Buraya tək gəldiyim üçün Özbəkistan komanda hesabında çıxış etməyəcək. Şəxsən mənim üçün əsas məqsəd xalça üzərinə çıxmaq və tamaşaçıların xoşuna gəlməkdir".

Rəqibləri haqqında danışan gimnast xüsusi olaraq heç kimi fərqləndirməyib: "Gimnastikada hər kəs bir-birinə rəqibdir. Bu idmandır, hər şey ola bilər. Qabaqcadan danışmaq istəmirəm".

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR