"Milan"ın istədiyi futbolçu anasını və bacısını öldürdü - FOTO
İtaliyada faciə baş verib.
XalqTV.com apasport.az-a istinadən xəbər verir ki, "Parma"nın yetirməsi olan Salomon Nyantakyi 43 yaşlı anasını və 11 yaşlı bacısını öldürüb.
Sonuncu dəfə İtaliya D seriyasında "İmolese" klubunun formasını geyinən qanalı futbolçunun qətli hansı səbəbdən törətdiyi açıqlanmayıb. Milandakı qatar yolunda yaxalanan 21 yaşlı oyunçu törətdiyi hadisəni etiraf edib.
Məsələ ilə bağlı açıqlama verən "Parma"nın baş məşqçisi Kristiano Lukarelli oyunçunun son illər ağır depressiya keçirdiyini söyləyib. O, bildirib ki, Nyantakyini komandaya çağırsa da, futbolçu ailəsindən ötrü darıxdığı üçün bundan imtina edib.
Qeyd edək ki, Salomon Nyantakyi ötən mövsüm "Milan"a keçməyə yaxın olsa da, "rossonyerlər" son anda transferdən imtina ediblər.
XalqTV.com
Digər maraqlı xəbərlər səhifəsində