Siyasət

Minskdə XIX Dünya Rus Mətbuatı Konqresində mühüm vəzifələr müzakirə olunub - YENİLƏNİB - FOTO

  • 13 Jul 2017
  • 231 baxış

20:08

İyulun 12-də Belarusun paytaxtı Minsk şəhərində XIX Dünya Rus Mətbuatı Konqresi keçirilib. Konqresdə mətbuatla bağlı mühüm məsələlər müzakirə olunub.

XalqTV.com  AZƏRTAC-a istinadən bildirir ki, "Gələcək naminə tərəfdaşlıq: müasir sivilizasiyanın prioritetləri" mövzusuna həsr edilən tədbirdə 52 ölkədən KİV rəhbərləri və nümayəndələri iştirak ediblər. Tədbirdə Dünya Xəbər Agentlikləri Konqresini və Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatını (OANA) bu qurumların prezidenti Aslan Aslanov təmsil edib. Konqresdə, həmçinin Azərbaycandan Trend informasiya agentliyinin baş direktoru İlqar Hüseynov və digər KİV-lərin rəhbərləri və nümayəndələri iştirak ediblər.

Konqresin plenar iclasının açılışında çıxış edən Belarus Prezidenti Aleksandr Lukaşenko müasir jurnalistikanın cəmiyyətə təsirindən danışıb. O qeyd edib ki, ictimai fikrə görə həm siyasətçilərin, həm də jurnalistlərin məsuliyyəti daim yüksəlir. Dövlət başçısı vurğulayıb ki, internet-məkan və sosial şəbəkələr mənəviyyat, əxlaq, etika qanunları əsasında qurulmalıdır. Prezident deyib ki, yeni texnoloji mühitdə jurnalist peşəsi köklü şəkildə dəyişib, hazırda adi vətəndaşlar da informasiya yaradaraq yaya bilirlər. Belə vəziyyətdə çoxlu sayda təhrif edilmiş informasiyalar da yaranır, həqiqət və yalan arasında sərhədlər itir. "Belə şəraitdə mənəvi və ictimai orientirlər məhz peşəkar jurnalistlər və ənənəvi mediadan asılıdır. Buna görə də düzgün seçim etmək lazımdır: reytinq, şəxsi maraqlar, yoxsa həqiqət, obyektivlik", - deyə dövlət başçısı vurğulayıb.

Rusiya Prezidenti Vladimir Putin Konqres iştirakçılarına müraciət ünvanlayıb. Dövlət başçısının müraciətində bildirilib ki, bu ənənəvi görüşlər rusdilli media məkanında əsas hadisələrdən biridir. Prezident medianın maarifçilik, birləşdirici, tərbiyəvi potensialını önə çəkib və buna görə mətbuatın üzərinə böyük məsuliyyət düşdüyünü bildirib.

Plenar iclasda çıxış edən Ümumdünya Rus Mətbuatı Assosiasiyasının prezidenti, UNESCO-nun xoşməramlı səfiri Vitali İqnatenko Konqresin artıq ikinci dəfədir Belarusda keçirildiyini, bu ölkənin rus dilinə böyük diqqət ayırdığını qeyd edib.

Konqres işini "Çağırışlar və imkanlar: suverenlik, inteqrasiya, qloballaşma" və "KİV-lər rəqəmsal inqilab dövründə" mövzularına həsr edilən panel sessiyaları ilə davam etdirib. Sessiyalarda hadisələrin obyektiv işıqlandırılması, sosial şəbəkələrin medianın fəaliyyətinə təsiri, jurnalist məsuliyyəti, münaqişələrin sülh yolu ilə həllində mətbuatın rolu ətrafında fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, hazırda insanlar xəbərləri nəinki KİV-lərdən, həm də digər mənbələrdən alırlar. Buna görə də jurnalistlər bütün rəqəmsal platformalardan səmərəli istifadə etməli və peşəkarlıqları ilə daha üstün olmalıdırlar.

---------

13:38

İyulun 12-də Belarusun paytaxtı Minsk şəhərində XIX Dünya Rus Mətbuatı Konqresi işə başlayıb.

XalqTV.com AZƏRTAC-a istinadən xəbər verir ki, "Gələcək naminə tərəfdaşlıq: müasir sivilizasiyanın prioritetləri" mövzusuna həsr edilən tədbirdə 52 ölkədən KİV rəhbərləri və nümayəndələri iştirak edirlər. Azərbaycanı Konqresdə AZƏRTAC-ın baş direktoru, Dünya Xəbər Agentlikləri Konqresinin və Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) prezidenti Aslan Aslanov təmsil edir.

Konqresin plenar iclasının açılışında çıxış edən Belarus Prezidenti Aleksandr Lukaşenko müasir jurnalistikanın cəmiyyətə təsirindən danışıb. O qeyd edib ki, ictimai fikrə görə həm siyasətçilərin, həm də jurnalistlərin məsuliyyəti daim yüksəlir. Dövlət başçısı vurğulayıb  ki, internet-məkan və sosial şəbəkələr mənəviyyat, əxlaq, etika qanunları əsasında qurulmalıdır. Prezident deyib ki, yeni texnoloji mühitdə jurnalist peşəsi köklü şəkildə dəyişib, hazırda adi vətəndaşlar da informasiya yaradaraq yaya bilirlər. Belə vəziyyətdə çoxlu sayda təhrif edilmiş informasiyalar da yaranır, həqiqət və yalan arasında sərhədlər itir. "Belə şəraitdə mənəvi və ictimai orientirlər məhz peşəkar jurnalistlər və ənənəvi mediadan asılıdır. Buna görə də düzgün seçim etmək lazımdır: reytinq, şəxsi maraqlar, yoxsa həqiqət, obyektivlik", - deyə dövlət başçısı vurğulayıb.
Rusiya Prezidenti Vladimir Putin Konqres iştirakçılarına müraciət edib. Dövlət başçısı bildirib ki, bu ənənəvi görüşlər rusdilli media məkanında əsas hadisələrdən biridir. Prezident medianın maarifçilik, birləşdirici, tərbiyəvi potensialını önə çəkib və buna görə mətbuatın üzərinə böyük məsuliyyət düşdüyünü bildirib.

Plenar iclasda çıxış edən Ümumdünya Rus Mətbuatı Assosiasiyasının prezidenti, UNESCO-nun xoşməramlı səfiri Vitali İqnatenko Konqresin artıq ikinci dəfədir Belarusda keçirildiyini, bu ölkənin rus dilinə böyük diqqət ayırdığını qeyd edib.

Dünya Rus Mətbuatı Konqresi ilə yanaşı, Minskdə ənənəvi Beynəlxalq Media Forum da keçirilir. Konqres işini "Çağırışlar və imkanlar: suverenlik, inteqrasiya, qloballaşma" və "KİV-lər rəqəmsal inqilab dövründə" mövzularına həsr edilən panel sessiyaları ilə davam etdirir.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR