idman
"Onun başqa kluba keçməsi məni təəccübləndirmir"
"Real Madrid"in sabiq hücumçusu Uqo Sançez Xames Rodriqezin "Bavariya"ya transferinə münasibət bildirib.
XalqTV.com -a istinadən xəbər verir ki, Sançez kolumbiyalı havbekin lazımi xarakter göstərmədiyini qeyd edib.
"Xamesin başqa kluba keçməsi məni təəccübləndirmir. Rodriqez Zidana sübut etməliydi ki, ona hər oyunda güvənmək olar. "Real"da möhkəmlənmək üçün daha sərt xarakter lazım idi. Bu klubun futbolçusu olmaq üçün hər gün daha çox səy göstərməlisən".
Sançez 1985-1992-ci illərdə "Real"ın şərəfini qorumuşdu.
XalqTV.com
Digər maraqlı xəbərlər səhifəsində
RƏYLƏR