idman

"Ən yaddaqalan qolumu Azərbaycana vurmuşam"

  • 12 Jul 2017
  • 237 baxış

Bolqarıstan yığmasının və "Neftoximik" klubunun hücumçusu Ventsislav Xristov karyerasının ən yaddaqalan anlarını xatırlayıb.

XalqTV.com  apasport.az-a istinadən xəbər verir ki, 28 yaşlı forvard "blits sport"a geniş müsahibəsində Azərbaycanla matçı da yada salıb.

Belə ki, Xristof AÇ-2016-nın seçmə qrup mərhələsi çərçivəsində keçirilmiş Azərbaycan - Bolqarıstan matçını unutmadığını vurğulayıb. Həmin qarşılaşmanın 87-ci dəqiqəsində qələbə qoluna imza atan forvard o anları belə xatırlayıb: "Karyeramın ən yaddaqalan qolunu Azərbaycana vurmuşam. Bu, yığma komandada debüt matçım idi. Millidə ilk oyunum isə 2013-cü ildə Çexiyaya qarşı olub".
 
Qeyd edək ki, 2014-cü il sentyabrın 9-da 8-ci km qəsəbə stadionunda keçirilən Azərbaycan - Bolqarıstan görüşündə qonaqlar 2:1 hesablı qələbə qazanıblar.

XalqTV.com

Digər maraqlı xəbərlər  səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR