Siyasət

Səfir: "Gülən hərəkatı əvvəlki qədər güclü deyil"

  • 12 Jul 2017
  • 270 baxış

"Fəthullah Gülən hərəkatı ötən ilki hərbi çevriliş cəhdinədək olduğu qədər güclü deyil".

XalqTV.com Trend-ə istinadən xəbər verir ki, bunu Bakıda Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral hərbi çevriliş cəhdinin ildönümünə həsr olunmuş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, çevriliş cəhdindən sonra bu hərəkatla əlaqəli olan 130-140 min nəfər saxlanılıb, onlardan 45 min nəfərinə həbs cəzaları verilib.

Səfir onu da qeyd edib ki, F.Gülənin ekstradisiya olunması ilə bağlı ABŞ ilə danışıqlar davam etdirilir.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

ŞƏRH YAZ

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR