idman
"Sumqayıt" Türkiyəyə gedir
"Sumqayıt" Topaz Premyer Liqasının 2017/2018 mövsümü üçün hazırlıq prosesinin ikinci mərhələsini ölkə xaricində keçirəcək.
XalqTV.com qol.az-a istinadən xəbər verir ki, komanda baş məşqçi Samir Abasovun rəhbərliyi altında iyulun 15-dən 29-dək Türkiyənin Bolu bölgəsində hazırlaşacaq.
"Sumqayıt" Türkiyədə 4 yoxlama matçı keçirməyi planlaşdırır. Rəqiblər barəsində klubun rəsmi saytında açıqlama veriləcək.
XalqTV.com
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində
RƏYLƏR