Simeone: "Geri dönüş etmək fikrimiz vardı"
"Atletiko"nun baş məşqçisi Diyeqo Simeone "Real"la yarımfinal görüşündən sonra (2:1) fikirlərini media ilə bölüşüb.
XalqTV.com goal.az-a istinadən xəbər verir ki, argentinalı mütəxəsis komandanı tək qoymadığına görə onlara təşəkkürünü bildirib.
"Real" bizə çətin anlar yaşatdı. Göstərdik ki, bu səviyyədə rəqabət aparmağa qadirik. Azarkeşlər həmişə komandanın yanındadır. Amma bu gün baş verənlər futbol üçün nadir haldır. Futbolçularım klub üçün nə dərəcədə əhəmiyyətli olduğunu göstərdi. Təəssüf ki, Qabi və Qodini klonlaşdıra bilmirik. Bu ağır oyundakı əzmkarlığına görə komandama təşəkkür edirəm. Biz danışmaq xatirinə danışmırdıq. Geri dönüş etmək fikrimiz vardı. Az qala, məqsədimizə nail olacaqdıq. "Real" və "Barcelona" arasında kiçik məsafə var. İrəliyə böyük addım atmaq lazımdır. Ümid edirəm, nə vaxtsa alınar".
XalqTV.com
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində