idman

Sabah Çempionlar Liqasında maraqlı qarşılaşmalar olacaq

  • 03 Jul 2017
  • 224 baxış

Sabah Çempionlar Liqasında I təsnifat mərhələsinin cavab oyunları keçiriləcək.

XalqTV.com  apasport.az-a istinadən xəbər verir ki, bu qarşılaşmalarla raunda yekun vurulacaq.

II təsnifat mərhələsinə 5 vəsiqə uğrunda 10 komanda mübarizə aparacaq. Bu matçlardan sonra cari mövsümdə mərhələ adlamaq xoşbəxtliyini yaşayan ilk komandalar bəlli olacaq.
 
Səfərdə keçirdiyi ilk matçda qələbə qazanan "Europa" mərhələ keçməyə daha şanslıdı. Digər 4 görüşdə isə meydan sahibi ilk matçdakı məğlubiyyətin əvəzini çıxmağa, qonaqlar isə üstünlüyü qorumağa çalışacaq. Malta "Hibernians"ı daha böyük - 2 top fərqli üstünlüklə səfər matçına çıxacaq.

Çempionlar Liqası
I təsnifat mərhələsi, cavab oyunları
4 iyul
 
20:00. "Trepça" (Kosovo) - "Vikinqur" (Farer adaları)
İlk oyun - 1:2
20:00. "İnfonet" (Estoniya) - "Hibernians" (Malta)
İlk oyun - 0:2
21:30. "Europa" (Cəbəllütariq) - TNS (Uels)
İlk oyun - 2:1
22:30. "Santa-Koloma" (Andorra) - "Alaskert" (Ermənistan)
İlk oyun - 0:1
22:30. "La Fiorita" (San-Marino) - "Linfild" (Şimali İrlandiya)
İlk oyun - 0:1

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR