idman
"Barselona" italiyalı futbolçu ilə maraqlanır
"Yuventus"un müdafiəçisi Leonardo Bonuççi "Barselona"nın da maraq dairəsinə düşüb.
XalqTV.com goal.az-a istinadən xəbər verir ki, atalonlar ona qoyulan qiyməti - 70 milyon avronu ödəməyə hazır olmasa da, danışıqlara ümid edir. "Qoca sinyora" isə Bonuççi özü istəməyənə kimi onu satmağı düşünmür. İtaliyalı müdafiəçi ilə "Chelsea" və "Manchester City" də maraqlanırdı. "Zadəganlar" 30 yaşlı futbolçuya görə 55 milyon avro təklif etmişdi. London klubu futbolçunun özünə isə 5 illik müqavilə və 35 milyon avro məvacib ödəməyə hazır idi.
XalqTV.com
RƏYLƏR