idman
"Qarabağ" böyük hesabla uduzdu: 1:5!
Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək "Qarabağ" bu gün Avstriyada təlim-məşq toplanışı çərçivəsində sonuncu yoxlama oyununa çıxıb.
XalqTV.com "qafqazinfo"-ya istinadən xəbər verir ki, Ağdam təmsilçisi Danimarka "Brondbü"sü ilə üz-üzə gəlib. Matç rəqibin 5:1 hesablı qələbəsi ilə başa çayıb.
"Qarabağ"ın yeganə qolunu 52-ci dəqiqədə Ndlovu vurub.
Xatırladaq ki, buna qədər "Qarabağ" Rusiya "Axmat"ına 0:1, Bolqarıstan MOİK-inə 2:5, Moskva "Dinamo"suna 0:1 hesabı ilə məğlub olub.
XalqTV.com
RƏYLƏR