idman

Ramil Quliyev qızıl medal qazandı

  • 02 Jul 2017
  • 230 baxış

Azərbaycan əsilli atlet Ramil Quliyev Türkiyə üçün növbəti qalibiyyəti qazanıb. 

XalqTV.com "qafqazinfo"-ya istinadən xəbər verir ki,  27 yaşlı idmançı 200 metr məsafəyə qaçışda 20,15 saniyə nəticə göstərib. Bununla da o, "Brilliant Liqa"da qızıl medalın sahibi olub.

Qeyd edək ki, Ramil Quliyev 2011-ci ildə Türkiyə vətəndaşlığını qəbul edib.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR