"Qalatasaray"da Brumanın mövqeyinə ukraynalı futbolçu
Bafetimbi Qomis, Yunes Belhanda və Maykon transferləri ilə növbəti mövsümdə iddialı olacağını hiss etdirən "Qalatasaray" daha bir futbolçunun xidmətlərində maraqlıdır.
XalqTV.com goal.az-a istinadən xəbər verir ki, İstanbul klubu "Schalke"də forma geyən Yevqeni Konoplyankanı 1 illik icarəyə götürmək istəyir. Baş məşqçi İqor Tudor onun Armino Brumanın boşluğunu dolduracağına inanır. "Qalatasaray"ın idman direktoru Cenk Ergün iylun 1-də ukraynalı futbolçunun meneceri ilə görüşüb danışıqlar aparıb. Konoplyanka düşünmək üçün 2 gün vaxt istəyib.
Türkiyə mətbuatının məlumatına əsasən, "Schalke"nin yeni çalışdırıcısı Domeniko Tedesko da sözügedən futbolçunun başqa kluba göndərilməsinə tərəfdardır. Gerzenkirxen klubu ötən mövsüm "Sevilla"dan icarəyə götürdüyü yarımmüdafiəçini müqavilədəki satınalma bəndi avtomatik qüvvəyə mindiyinə görə 12.5 milyon avroya transfer etməli olmuşdu.
XalqTV.com