İqtisadiyyat
SOCAR və "Qazprom" Rusiyadan Azərbaycana qaz ixracını müzakirə etdi
Bu gün Sankt-Peterburqda SOCAR prezidenti Rövnəq Abdullayev və Rusiyanın "Qazprom" şirkətinin rəhbəri Aleksey Miller arasında görüş keçirilib.
XalqTV.com APA-ya istinadən xəbər verir ki, bu barədə "Qazprom" Şirkətinin mətbuat xidməti məlumat yayıb.
Görüşdə Rusiyadan Azərbaycana qaz ixracı müzakirə edilib.
Qeyd edək ki, "Qazprom" 2000-2006-cı illərdə Azərbaycana qaz ixrac edib, "Şahdəniz" yatağının istismara başlanmasından sonra Rusiyadan qaz ixracı dayandırılıb.
XalqTV.com
RƏYLƏR