Almaniya: "PKK-ya dəstək yolverilməzdir"
G20 sammiti ərzində şiddətə səbəb olan etirazçılara "sərt müdaxilə" olunacaq.
XalqTV.com axar.az-a istinadən bildirir ki, bu sözləri Almaniya Daxili İşlər naziri Tomas de Mazyer deyib.
"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın siyasətinə qarşı protestoya icazə verilə bilər. Amma PKK-a dəstək üçün planlaşdırılmış istənilən hərəkətin qarşısı alınacaq" nazir bildirib.
Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 7-8 iyulda keçirilməsi nəzərdə tutulan G20 zirvəsindən sonra tərəfdarlarına müraciət etmək üçün Almaniya hökumətinə rəsmi tələb göndərmişdi. Almaniya Xarici İşlər naziri Ziqmar Qabriel isə onun bu istəyinin uyğunsuz olduğunu demişdi.
Qeyd edək ki, Ərdoğanın G20 sammiti ilə bağlı Hamburq şəhərinə səfəri öncəsi bəzi alman siyasətçilər türk liderin ölkəyə buraxılmamasını tələb edir. Hətta bu gün G20-yə qarşı Hamburqda ilk etiraz yürüşü təşkil olunacaq. Yürüşə təxminən on minlərlə adamın qatılacağı gözlənilir.
Sammit 7-8 iyul tarixlərində Hamburqda baş tutacaq.
XalqTV.com