idman

Ançelotti: "Aleksis xoşuma gəlir, amma..."

  • 02 Jul 2017
  • 221 baxış

"Bayern Munich"in baş məşqçisi Karlo Ançelotti Aleksis Sançezin transfer ilə bağlı məsələyə münasibət bildirib.

XalqTV.com goal.az-a istinadən xəbər verir ki, italyan mütəxəsis bir futbolçu üçün böyük məbləğdə pul xərcləmək fikrində olmadığını qeyd edib.

"Transferlə bağlı imkan yaransa, biz hazırıq. "Bavariya" ətrafında çoxlu söz-söhbətlər var. Aleksis Sançez mənim xoşuma gəlir. O, əla futbolçudur, amma dünyada yeganə deyil. Transfer bazarı hazırda başını itirib. "Bayern Munich" isə ağıllı klubdur. Bu klubun tutduğu yolu bilirəm. Buna görə yüksək qiymət qoyulan futbolçuların transfer edilməsini istəməyəcəm. Amma imkan yaransa, istifadə edəcəyik. Hazırki komandadan çox razıyam. Biz 4 yaxşı futbolçu transfer etmişik".

"Bavariya" bu yay Niklas Züle, Serj Qnabri, Sebastyan Rudi və Korenten Tolissonu heyətinə qatıb.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR