idman

Argentinalı hücumçunun vida oyunu keçirildi

  • 02 Jul 2017
  • 217 baxış

"River Plate"in tanınmış futbolçusu Fernando Kavenaqinin vida oyunu keçirilib.

XalqTV.com goal.az-a istinadən xəbər verir ki, "El Monumental"da baş tutan oyuna 60 min azarkeş gəlib. Onu Alexandro Dominqez, Pablo Aymar, Ariel Orteqa, Xavyer Saviola, Enzo Françeskolli, Martin Demiçelis, Marselo Qalyardo kimi tanınmış futbol simaları yola salıb. 3 dəfə "River Plate"ə qayıdan Kavenaqi burda keçirdiyi 212 oyuna 112 qol vurub. O, karyerası ərzində "Spartak", "Villarreal", "Bordeaux", "Mallorca", Braziliya "İnter"i və "Pachuca" klublarından da forma geyinib. 2016-cı ildə dizində ciddi zədə alan 33 yaşlı forvard karyerasını başa vurmalı olmuşdu. 

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR