idman
"Barcelona" "Arsenal"dan müdafiəçi transfer etməyə çalışır
"Arsenal"ın müdafiəçisi Ektor Belyerin "Barcelona"ya qayıtmaq istəyir. Bu barədə "Marca" nəşri məlumat yayıb.
XalqTV.com goal.az-a istinadən xəbər verir ki, mənbə 22 yaşlı futbolçunun bu istəyini London klubunun bosslarına çatdırdığını da qeyd edir. Növbəti həftə klub nümayəndələrinin bir araya gəlməsi gözlənilir. Katalonların yeni baş məşqçisi Ernesto Valverde Belyerini bəyənir və onun komandada olmasına çalışır. "Barcelona" transferdə həlledici rolu futbolçunun özünün oynayacağına inanır. Onun klubla müqaviləsi 2023-cü ildə başa çatacaq.
XalqTV.com
RƏYLƏR