Dünya
Avropada yeni temperatur rekordu qeydə alındı
Şənbə günü Avropada yeni temperatur rekordu qeydə alınıb.
XalqTV.com report.az-a istinadən bildirir ki, Yunanıstanın Krit adasında yerləşən Mires rayonunda havanın temperaturu +45,9 Selsi dərəcəyə çatıb.
Yunanıstanda bir həftədən artıqdır ki, havalar isti keçir, lakin cümə axşamından etibarən temperatur +40 dərəcədən aşağı düşmür.
XalqTV.com
RƏYLƏR