Dünya

Tatarıstanda matəm elan edildi

  • 02 Jul 2017
  • 222 baxış

Bu gün Tatarıstanda matəm elan edilib.

XalqTV.com  APA-ya istinadən xəbər verir ki, Tatarıstan prezidenti Rustam Minnixanov ötən gecə avtobus və yük avtomobilinin toqquşması nəticəsində 13 nəfərin ölməsi ilə əlaqədar matəm elan edib.

Xatırladaq ki, Samara-İjevsk marşrutu üzrə hərəkətdə olan avtobus iyulun 2-nə keçən gecə yanacaq daşıyan yük maşını ilə toqquşub. Qəza zamanı avtobus aşaraq yanıb. Nəticədə 13 nəfər ölüb, 15 nəfər xəsarət alıb. 

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR