idman
"Roma"nın argentinalı futbolçusu "Zenit"də
"Roma"nın yarımmüdafiəçisi Leandro Paredes karyerasını Rusiyada davam etdirəcək.
XalqTV.com goal.az-a istinadən xəbər verir ki, argentinalı futbolçu "Zenit"lə 4 illik müqavilə imzalayacaq. 23 yaşlı havbekin transferi Sankt-Peterburq təmsilçisinə 23 milyon avroya başa gəlib. Daha 4 milyon avro bonus kimi ödənilə bilər. Paredes "Boca Juniors"un yetirməsidir. O, karyerası ərzində "Chievo" və "Empoli"nin də şərəfini qoruyub.
XalqTV.com
RƏYLƏR