İqtisadiyyat

Azərbaycan nefti yenidən bahalaşıb

  • 01 Jul 2017
  • 241 baxış

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyunun 30-da 48,57 dollar/barel təşkil edib ki, bu da cümə axşamına olan göstəricidən 0,08 dollar/barel çoxdur.

XalqTV.com  Trend-ə istinadən bildirir ki, FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti iyunun 30-da 48,08 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,09 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti iyunun 30-da 45,71 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,03 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə iyunun 30-da 47,39 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,31 dollar/barel çoxdur.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR