idman
Con Terri I divizionda
İngiltərə millisinin və Londonun "Çelsi" klubunun sabiq futbolçusu Con Terri karyerasını "Aston Villa"da davam etdirəcək.
XalqTV.com goal.az-a istinadən xəbər verir ki, ESPN televiziyası 36 yaşlı mərkəz müdafiəçisinin İngiltərə Çempionşipində (I divizion) mübarizə aparan Birmingem təmsilçisi ilə razılıq əldə etdiyi barədə məlumat verib.
Yeni klubu ilə 1 illik müaqvilə bağlayan futbolçunun qazancı 3 milyon funt-sterlinq təşkil edəcək.
Terri "Çelsi" ilə 5 dəfə İngiltərə çempionu, 3 dəfə İngiltərə Kubokunun qalibi olub. O, 2012-ci ildə paytaxt təmsilçisi ilə Çempionlar Liqasını qazanıb.
XalqTV.com
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində
RƏYLƏR