Moskvada qasırğa 2 nəfərin həyatına son qoydu, 22 insan yaralandı - YENİLƏNİB
12:56
Rusiya Mərkəzi federal dairəsinin ərazisində, o cümlədən Moskvada əlverişsiz hava şəraiti ilə əlaqədar olaraq 2 nəfər ölüb, 22 nəfər xəsarət alıb.
XalqTV.com-ın Trend-ə istinadən məlumatına görə, 10 nəfər xəstəxanalara yerləşdirilib, daha 12 nəfərə isə ambulator tibbi yardım göstərilib.
Güclü külək və yağış nəticəsində 42 500 nəfərin yaşadığı 327 yaşayış məntəqəsinin enerji təchizatı pozulub. 47 çoxmərtəbəli binaya, həmçinin 100-dən artıq avtomobilə ziyan dəyib.
----------
07:59
İyunun 30-da Rusiyanın Moskva regionunda baş verən qasırğa nəticəsində ölənlərin sayı 4 nəfərə çatıb.
XalqTV.com target="_blank" text-align:="" text-indent:="" text-transform:="" trebuchet="" white-space:="" widows:="" word-spacing:="">"Report"a istinadən bildirir ki,daha bir nəfərin meyiti Moskva çayının Marçuqi kəndi sahilində aşkar edilib.
Kişinin həmin ərazidə balıq tutmaqla məşğul olduğu ehtimal olunur.
Bundan əvvəl üç nəfərin öldüyü, onlarla insanın xəstəxanaya yerləşdirildiyi məlumat verilmişdi.
XalqTV.com
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində