Siyasət

Leyla Əliyeva: "Mədəniyyətlər və insanlar arasında dialoq bütün dünyada sülhün və çiçəklənmənin yega

  • 06 May 2017
  • 668 baxış

"Mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsi yollarını müzakirə etmək üçün bütün dünyadan insanların bir yerə toplaşması ruhlandırır".

XalqTV.com  Trend-ə istinadən bildirir ki, bunu Heydər Əliyev Fondunun vitse-prezidenti, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməramlı səfiri Leyla Əliyeva Bakıda IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən "Ərzaq təhlükəsizliyi və dayanıqlı cəmiyyət naminə mədəniyyətlərarası dialoq: Davamlı inkişaf və sülhün təmin olunması üçün əsas elementlər" adlı 2-ci Plenar sessiyada çıxışında deyib.

Leyla Əliyeva qeyd edib ki, mədəniyyətlər və insanlar arasında dialoq bütün dünyada sülhün və çiçəklənmənin yeganə açarıdır: "Belə bir dialoqun alternativi yoxdur".

Heydər Əliyev Fondunun vitse-prezidenti bildirib ki, insanlar arasında dialoq az olduqca, nifrət və cahillik daha da artır.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR