idman

Sneyder karyerasını İtaliyada davam etdirə bilər

  • 01 Jul 2017
  • 256 baxış

"Qalatasaray"ın yarımmüdafiəçisi Uesli Sneyder karyerasını yenidən İtaliyada davam etdirə bilər. 

XalqTV.com goal.az-a istinadən xəbər verir ki, hollandiyalı futbolçu "Sampdoriya"nın maraq dairəsindədir. Sneyderin meneceri Qido Albers bildirib ki, Sneyder gələn il keçiriləcək dünya çempionatına yollanmaq üçün "Sampdoriya" variantına müsbət yanaşır: "Uesli özü də "Sampdoriya"ya keçmək istəyir. Təkliflər göndərən komandalar arasında ilk seçim "Sampdoriya" olacaq. Sneyder getdiyi yerlərdə insanların könlünü fəth etməyi bacarıb".

Qeyd edək ki, Uesli Sneyder "Qalatasaray"a 2013-cü ildə "İnter"dən keçib.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR