idman
Halk və Villaş-Boaşa 8 oyunluq cəza
Çinin "Shanghai SIPG" klubunun portuqaliyalı baş məşqçisi Andre Villaş-Boaş və braziliyalı hücumçusu Halk iki oyunluq diskvalifikasiya olunub. XalqTV.com goal.az-a istinadən xəbər verir ki, onlar komandanın digər üzvü - 8 matçlıq cəzaya məruz qalan braziliyalı yarımmüdafiəçi Oskara dəstək verdikləri üçün sanksiya ilə üzləşiblər. Həmçinin, klub baş məşqçi və futbolçunun davranışına görə 13 min avro cərimə ödəməli olacaq.
Qeyd edək ki, Oskar Çin Super Liqasının XIII turu çərçivəsində "Guangzhou Fuli" ilə görüş zamanı futbolçuların kütləvi davasına səbəb olmaqda günahkar bilinərək, 9 oyunluq diskvalifikasiya edilib.
XalqTV.com
RƏYLƏR