idman

Belhandanın Türkiyəyə getdiyi gün öldü

  • 01 Jul 2017
  • 243 baxış

"Montpellier"in prezidenti Lui Nikolin 74 yaşında dünyasını dəyişib. XalqTV.com goal.az-a istinadən xəbər verir ki, fransalı funksioner 2013-cü ildə Belhandanı "Fənərbağça" klubuna satmamaqla gündəmə gəlmişdi. 4 il öncə "sarı lacivərdlilər" mərakeşli havbekin transferini razılaşdırsa da, Nikolin azarkeşlərin təzyiqi ilə bu transferə mane olmuşdu. Onun - "Ölsəm də, Belhandanı Türkiyəyə göndərmərəm" ifadəsi xüsusilə yadda qalmışdı.

Maraqlıdır ki, Nikolinin vəfatı Belhandanın "Qalatasaray"a transferinin elan olunduğu günə təsadüf edib.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR