idman

"Ronalduya heç vaxt dələduz demərəm" - FOTO

  • 30 Jun 2017
  • 215 baxış

Konfederasiyalar Kubokunun yarımfinalında keçirilən Portuqaliya - Çili oyunundan öncə idman mediasında Arturo Vidalın adından açıqlama yayılmışdı. Onun Kriştianu Ronaldunu"dələduz" adlandırması iddia edilsə də, sonradan Çilidə danışılan ispan dilinin özünəməxsus cəhətinə görə anlaşılmazlıq yarandığı ortaya çıxmışdı. XalqTV.com goal.az-a istinadən xəbər verir ki, Vidalın özü də məsələyə aydınlıq gətirməyi lazım bilib.

"Mətbuatın mənim adıma yazdıqları bu sözü heç vaxt deməmişəm. Həmkarımı dələduz adlandırmaram. Ronalduya böyük hörmətim var. Bir dəfə mənim oğlum Alonsoya qarşı gözəl jest etmişdi. Morata Madriddə paltardəyişmə otağına onu gətirmişdi Ronaldu isə oğlumla şəkil çəkdirib ona imzalanmış forma verməyə vaxt tapmışdı" - çilili yarımmüdafiəçi qeyd edib.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR