idman
"Zirə"dən ikiqat yubiley
Avropa Liqasının I təsnifat mərhələsinin "Differdanj"la ilk oyununda 2:0 hesabı ilə qalib gələn "Zirə" ikiqat yubileyin müəllifi olub.
XalqTV.com apasport.az-a istinadən xəbər verir ki, qəsəbə təmsilçisi klublarımızın qitənin ikinci dərəcəli klub turnirindəki qələbə sayını yubiley həddinə çatdırıb.
Bu uğur komandalarımızın 1994-cü ildə debüt etdiyi UEFA kuboku tarixində ümumilikdə 30-cu ev qələbəsi olub. 2009-cu ildən Avropa Liqası adlanan bu yarışda indiyədək 29 dəfə qalibiyyətimiz var idi.
30 qələbədən 5-i yarışın UEFA kuboku dövrünə - 1994-2009-cu illərə təsadüf edib. 8 ildi Avropa Liqası adlanan indiki formatda isə 25-ci qələbə "Dalğa Arena"da əldə edilib.
XalqTV.com
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində
RƏYLƏR