Siyasət

Arif Seyidov 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi

  • 29 Jun 2017
  • 234 baxış

Prezident İlham Əliyev A.A.Seyidovun 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

XalqTV.com AZƏRTAC-a istinadən xəbər verir ki, sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Arif Akif oğlu Seyidov 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilsin".

Qeyd edək ki, Arif Seyidov Göygöl Rayon İcra Hakimiyyətinin başçısıdır.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR