İqtisadiyyat

SOCAR Ukraynada təbii qaz ticarəti üçün lisenziya alıb

  • 29 Jun 2017
  • 283 baxış

Ukraynanın energetika və kommunal xidmətlər üzrə milli komissiyası Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) törəmə şirkəti olan "SOCAR Ukraina" Ticarət evi" MMC-yə və Ukraynanın "Qaztron-Ukraina" MMC-yə bu ölkə ərazisində təbii qaz tədarükü üzrə təsərrüfat fəaliyyətinin həyata keçirilməsi ilə bağlı lisenziya verib.

XalqTV.com Trend-ə istinadən xəbər verir ki, bu qərar iyun ayının 29-u qəbul edilib.

Qeyd edək ki, SOCAR Ukraynada "SOCAR Energy Ukraine" şirkəti ilə təmsil olunur.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR